Vətəninfo.az Axios-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoff Moskvaya uçub və aprelin 11-də Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir.
Daha sonra Vitkoff İranla danışıqlar aparmaq üçün Omana yollsnacaq.
“ABŞ prezidentinin nümayəndəsi aprelin 12-də yüksək səviyyəli İran rəsmisi ilə birbaşa danışıqlar aparacaq,” – ABŞ dövlət katibi Marko Rubio bildirib.
Həmən gün Omanda nüvə sazişi üzrə İran-Amerika məsləhətləşmələri keçiriləcək. Tehran danışıqların dolayı xarakter daşıyacağını qeyd edib.