image-1backend

“TRT ” əməkdaşları hücuma məruz qaldı

image-reklam_sirab_01

İsrail ordusu Qəzza zolağının cənubundakı Xan Yunus şəhərinin “iddia edilən təhlükəsiz bölgəsi”ndə Türkiyə Radio və Televiziya Qurumu – “TRT Arabi” çəkiliş qrupunun avtomobilini hədəfə alıb.

“TRT Arabi”nin Qəzza müxbiri Sami Berhum ərazidə icazəli çalışdıqları halda İsrail əsgərlərinin Qəzzanın cənubundakı Xan Yunus şəhərində onların maşınlarını hədəfə aldığını söyləyərək deyib: “Qəzzada 2023-cü ilin 7 oktyabrından – müharibə başlayandan 4-cü dəfədir ki, əlimizdə mətbuat kartı, dəbilqəsi və jileti olmasına baxmayaraq, hədəfə alındıq. Xan Yunusun şimalına gedən yolda, İsrailin “təhlükəsiz” dediyi, fələstinli məcburi köçkün bölgəsinə xəbər hazırlamaq üçün getdik. Təpələrdə yerləşən İsrail snayperçiləri birbaşa bizi hədəfə aldı. Həm avtomobil, həm ətrafına atəş açdılar. Maşından 5 metr uzaqlaşdıqdan təxminən 15 dəqiqə sonra atəşi davam etdirdilər.

Qəzzada təhlükəsiz yer yoxdur. İsrail əsgərləri heç bir xəbərdarlıq etmədən birbaşa bizi, avtomobilimizi, kameramanımızı hədəf aldılar”.

Xatırladaq ki, “TRT Arabi”nin Qəzza müxbiri Sami Berhum İsrail ordusunun 4 ay əvvəl törətdiyi hücumda ayağını itirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image