Yaponiyanın paytaxtında keçirilən hərracda 276 kiloqramlıq mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə japannews.yomiuri.co saytı məlumat yayıb.
Maraqlıdır ki, Yaponiyada Yeni ildən sonra ilk tuna hərracı qeyri-rəsmi olaraq ölkənin yeni ildəki iqtisadi meyllərinin göstəricisi və bir növ proqnoz hesab olunur. İnanca görə balıq nə qədər baha satılırsa, il bir o qədər uğurlu olar.
Restoran sənayesinin nümayəndələri arasında ilin ilk auksionunda əsas lotun alınmasının yeni ildə biznesin uğurlu aparılmasına kömək edəcəyinə inanırlar.