Vətəninfo.az xəbər verir ki, Tunis sahillərində qeyri-qanuni qaçqınları daşıyan qayığın batması nəticəsində 5 nəfər həyatını itirib.
Qayıqda əksəriyyəti Tunis vətəndaşı olmaqla 35 nəfərin olduğu bildirilib. Səlahiyyətlilər qəza nəticəsində 7 nəfərin itkin düşdüyünü, 23 nəfərin isə xilas edildiyini açıqlayıb.


























