image-reklam-veteninfo
image-8backend

Türk Dünyasından olan 150  həkim Şuşada toplandı – FOTOLAR 

image-reklam-veteninfo

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi, Azərbaycan Səhiyyə Nazirliyi və Sümük və Oynaq Cərrahiyyəsi Cəmiyyəti əməkdaşlığı ilə keçirilən V Türk Dünyası Ortopediya və Travmatologiya Konqresi Azərbaycan mədəniyyət paytaxtı Şuşada baş tutub. Tədbirdə Türk dünyasından 150 ortopediya mütəxəssisi iştirak edib.

10–12 oktyabr tarixlərində keçirilən konqres çərçivəsində 18 elmi sessiyada 80-ə yaxın moderator və məruzəçi çıxış edib. Tədbir elmi mübadilə və təcrübə paylaşımı baxımından mühüm platforma rolunu oynayıb.

Konqresin sədri, Sümük və Oynaq Cərrahiyyəsi Cəmiyyətinin İdarə Heyətinin sədri professor Vedat Şahin bildirib ki, tədbir həm iştirakçı sayı, həm də elmi məzmun baxımından çox uğurlu olub:

“Konqres Türk dünyasından çoxsaylı iştirakla və yüksək elmi səviyyədə keçdi. Bununla yanaşı, işğaldan azad edilən Qarabağ bölgəsini və Şuşanı ziyarət etdik. Bir vaxtlar işğalın izlərini daşıyan bu torpaqlarda həyatın və şəhərsalmanın yenidən canlandığını görmək bizi dərin şəkildə təsirləndirdi.”

Konqres çərçivəsində iştirakçılar həm elmi proqramlarda, həm də mədəni tədbirlərdə iştirak ediblər. Tədbir Türk dünyası həkimləri arasında tibbi əməkdaşlığın və dostluq əlaqələrinin gücləndirilməsinə xidmət edib.

image-1 image-2 image-3 image-4 image-5 image-6 image-7 image-8


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki