image-1backend

Türk əsgəri şəhid oldu

image-reklam_sirab_01

Türkiyə Milli Müdafiə Nazirliyi noyabrın 16-da “Pəncə-Kilid” əməliyyatı bölgəsində yaralanan piyada mütəxəssisi çavuş Eren Kızıldağın (25) aparıldığı xəstəxanada şəhid olduğunu bildirib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama verib.

Açıqlamada 16 noyabr 2024-cü il tarixində “Pəncə- Kilid” əməliyyatı bölgəsində bölücü terror təşkilatı üzvləri tərəfindən açılan təcavüz atəşi nəticəsində ağır yaralanan və Gülhanə Təhsil və Araşdırma Xəstəxanasında müalicəsi davam etdirilən piyada mütəxəssisi çavuş Eren Kızıldağın həyatını itirdiyi bildirilib.

Qeyd olunub ki, Türkiyə Milli Müdafiə naziri Kızıldağın ailəsi və türk millətinə başsağlığı verib və səbr diləyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image