İraqın şimalında terror təşkilatı PKK üzvlərinin hücumu nəticəsində bir əsgər şəhid olub.
Vətəninfo.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda “Pəncə-Kilid” əməliyyatı bölgəsində separatçı terror təşkilatı üzvlərinin hücumu nəticəsində zabit Ufuk Akıncının yaralandığı bildirilib. Məlumata görə, xəstəxanaya aparılan Ufuk Akıncını edilən bütün tibbi müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun şəhid olan hərbçi ilə bağlı başsağlığı mesajı yayımlayıb.
Fəxrəddin Altun paylaşımında terror təşkilatlarına qarşı mübarizənin qətiyyətlə davam edəcəyini vurğulayıb.