Sentyabrın 28-29-da İraqın şimalında keçirilən əməliyyat nəticəsində 12 PKK terrorçusu zərərsizləşdirilib.
Vətəninfo.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib ki, təhlükəsizlik qüvvələri həm ölkə daxilində, həm də sərhəddən kənarda terrorla mübarizəni davam etdirir.
Bəyanatda qeyd edilib ki, həyata keçirilən hava əməliyyatı nəticəsində Qara bölgəsində 7, Hakurk bölgəsində isə 5 terrorçu zərərsizləşdirilib. Nazirlik, terroru mənbəyində məhv etmək strategiyasını qətiyyətlə davam etdirdiklərini vurğulayıb.