image-33backend

Türk qәbristanlığına hücum edilib

image-reklam_sirab_01

Qərbi Trakyada Gümülcine yaxınlığındakı Narlıköydə türk qəbiristanlığına hücum edilib.

Naməlum şəxs və ya şəxslərin hücumu nəticəsində 20-yə yaxın məzar daşına ziyan vurulub.

Qəbiristanlığı ziyarət edənlərin diqqətini çəkən hücumla bağlı yerli hakimiyyət orqanlarına mәlumat verilib.

Qəbiristanlığı ziyarət edən Qərbi Trakya Türk Azlığının Məsləhət Şurasının sədri və Gümülcinin seçilmiş müftisi İbrahim Şərif rәsmi internet sәhifәsindә etdiyi paylaşımda bu ifadәlәrә yer verib: ‘‘Gümülcine yaxınlığındakı Narlıköydə türk qəbiristanlığına hücum edilib. 20-yə yaxın məzar daşına ziyan vurulub.Cinayәtkarların lazımi cazanı alacağına ümidvaram’’.

Dostluq Bərabərlik Sülh Partiyasının (DEB) yaydığı bəyanatda hadisəni törədənlərin səlahiyyətli orqanlar tərəfindən tez bir zamanda tapılması və qanun çərçivəsində cəzalandırılmaları tələb edilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki