image-recep-tayyip-erdogan-aa-2005197_2__1_backend

“Türk xalqının milli iradəsi qlobal təzyiqlərə və təhdidlərə qalib gəldi” -Cavanşir Feyziyev

image-reklam_sirab_01

“Milli qürur və şərəf tariximiz olan 28 may günündə qardaş Türkiyədə də qlobal miqyaslı tarixi hadisə baş verir.” –Vətəninfo.az xəbər verir ki, bu fikirləri millət vəkili Cavanşir Feyziyev bildirib.

image-1678365182_cavansir

Millət vəkili bildirib ki, dünya imperializminin Türkiyəyə və türk dünyasına qarşı apardığı uzun müddətli pozuculuq fəaliyyəti Türkiyədə keçirilən demokratik və şəffaf seçkilərdə iflasa uğradı.

“Türk xalqının milli iradəsi qlobal təzyiqlərə və təhdidlərə qalib gəldi. Xalq Türkiyənin milli təhlükəsizliyinə və müstəqilliyinin daha da möhkəmləndirilməsinə səs verdi. Rəcəb Tayyib Ərdoğanı yenidən Türkiyə Cümhuriyyətinin prezidenti seçməklə qardaş türk xalqı bütün türk dünyasının bütövlüyünə səs vermiş oldu. Ərdoğanın qələbəsi beynəlxalq siyasətdə türk faktorunun güclənməsi və bütün türk dövlətlərinin milli maraqlarının dünya miqyasında etibarlı şəkildə təminatı deməkdir. Sayın Ərdoğanın möhtəşəm qələbəsi dünya türklüyünün qələbəsidir. Bütün Türk Dünyası üçün uğurlu və xeyirli olsun!” -deyə Cavanşir Feyziyev əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki