Türkiyə 40 ədəd “Eurofighter” döyüş təyyarəsinin alınması üçün səylərini davam etdirir.
Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Böyük Britaniya ilə aparılan müzakirələr nəticəsində müsbət addımlar atılıb və məqsəd satınalma prosesini müəyyən müddət ərzində başa çatdırmaqdır: “Müqavilə mərhələsi başladıqda rəsmi məlumat veriləcək. Bu barədə yayılan fərqli iddialar nəzərə alınmamalıdır”.