Türkiyə dördüncü nəsil 40 Eurofighter Typhoon qırıcısının tədarükü üçün avropalı istehsalçılardan qiymət təklifi gözləyir.
Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Departament qeyd edib ki, müvafiq sənədlər artıq Böyük Britaniyanın Müdafiə Nazirliyinə və Eurofighter şirkətinə təqdim edilib.
Ankara yaxın günlərdə qiymət təklifi alacağını gözləyir.
Nazirlik həmçinin Türkiyə Hərbi Hava Qüvvələrinin ehtiyacları üçün F-16 təyyarələrinin tədarükü və modernləşdirilməsi ilə bağlı müzakirələrin texniki mərhələsində müsbət irəliləyiş olduğunu bildirib.