image-9999backend

“Türkiyə artıq söz eşidən yox, sözü eşidilən dövlətdir”.

image-reklam_sirab_01

Vətəninfo.az  “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Kayseridə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, terrorla mübarizədə ciddi nəticə əldə olunub: “Terrorçuların İraq və Suriyanın şimalındakı mövcudluqları başa çatanadək mübarizəmizi davam etdirəcəyik. Onlar ya təslim olmalı, ya qazdıqları çuxurlarda basdırılmalıdırlar. Terrorçuların Suriyanın şimalında qurmaq istədikləri terror dəhlizini dağıtmışıq”.

Nazir bildirib ki, terrorla mübarizə sahəsində əldə olunan nəticələr bundan sonra da davam etdirilməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki