image-1backend

Türkiyə Avropa İttifaqının toplantısına dəvət olundu

image-reklam_sirab_01

Türkiyə avqustun 29-da Belçikanın paytaxtı Brüsseldə keçiriləcək Avropa İttifaqının (Aİ) qeyri-rəsmi Xarici İşlər Nazirləri Toplantısına (Gymnich) dəvət olunub.

Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli Aİ tərəfinin Türkiyəyə dəvət göndərdiyini və xarici işlər naziri Hakan Fidanın danışıqlarda iştirak etmək üçün Brüsselə getməsinin gözlənildiyini bildirib.

Ö.Keçeli bu dəvətin müsbət qarşılandığını və Aİ tərəfindən dialoq axtarışı kimi qiymətləndirildiyini vurğulayaraq deyib: “Ümid edirik ki, bu addım Aİ Xarici Əlaqələr Şurasının 15 iyul 2019-cu il tarixli və münasibətlərimizi çıxılmaz vəziyyətə salan qərarlarına düzəlişlər edilməsinə zəmin yaradacaq. Bu dəvət regional və qlobal çağırışlar qarşısında Türkiyə ilə Aİ arasında əlaqələrin inkişaf etdirilməsinin Avropa tərəfindən dərk edildiyinə bir işarədir. Bu müsbət yanaşma “Gymnich” görüşləri ilə məhdudlaşmamalıdır. Münasibətlərdə irəliləyiş əldə etmək üçün Aİ ilə bütün sahələrdə əməkdaşlığımızın və dialoqumuzun davamlı və sistemli əsasda qurulması və proqnozlaşdırıla bilən şəkildə gücləndirilməsi vacibdir.

Gömrük İttifaqının yenilənməsi, xüsusilə Türkiyənin üzvlük prosesinin canlandırılması, viza rejiminin liberallaşdırılması, struktur dialoq mexanizmlərinin hərəkətlənməsi və yüksək səviyyəli ünsiyyət, xüsusilə də tələb olunan sahələrdə yenidən fəaliyyətə dair danışıqlar dərhal başlanılmalıdır. Siyasət, iqtisadiyyat, nəqliyyat və enerji kimi mühüm mövzularda sıx əməkdaşlıq edilməlidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki