“Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın “Liviyaya və Qarabağa girdiyimiz kimi İsrailə də girəcəyik…” deməsi bəzilərinin xoşuna gəlməyib. Ərdoğan bu fikri ilə 44 günlük Vətən Müharibəsində Azərbaycanın yanında olduqlarını bir daha bəyan etdi . Amma bəzi fürsətçillər bunu başqa cür anlayıblar və Ərdoğana qarşı qara yaxma kompaniyasına başlayıblar.” – bu fikirləri politoloq Cahandar Bayoğlu səsləndirib.
Politoloq bildirib ki, Ərdoğan bir daha bəyan etdi ki, Azərbaycan Türkiyə ilə birdir və bunu deyəndə ağlına Azərbaycan gəlir.
“Türkiyə Azərbaycandan ayrı deyil, Azərbaycan da Türkiyədən ayrı deyil.. Biz bir bütünük. Dostlar, fürsətçiləri tanıyın, başqa güclərin əlinə oynayanlara millətin, dövlətin adından oynamağa imkan verməyin.” -deyə Cahandar Bayoğlu bildirib.