image-zengezurbackend

Türkiyə Cənubi Qafqazda Rusiyanı məğlub etdi

image-reklam_sirab_01

Prof.Dr. Joachim Krause  “Focus” nəşrində Qarabağ məsələsini analiz edib. Kiel Universitetinin Təhlükəsizlik Siyasəti İnstitutunun fəxri direktoru və SIRIUS-un baş redaktoru olan Joachim Krause Qarabağda Azərbaycanın apardığı ant-terror tədbirlərini önə çəkərək qeyd edib ki, son 3 ilin nəticələrinə istinadən Cənubi Qafqaz Rusiyanın himayəsindən çıxıb. Joachim Krausenin araşdırmasını ixtisarla dərc edirik.

“Ermənistan və Azərbaycan arasında Qarabağ münaqişəsinin tarixi fonu nədən ibarətdir?
Budur, bir-birinə dərin nifrət bəsləyən və Sovet İttifaqı mövcud olduğu müddətdə susmağa məcbur olan iki Qafqaz xalqı. Qarabağ Azərbaycana məxsus olan, lakin nəsillər boyu azərbaycanlılar  ermənilərin məskunlaşdığı  dağlıq bölgədir.
1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycanın ərazisini və digər dağlıq rayonlarını hərbi yolla işğal edərək orada yaşayan azərbaycanlıları öz yurdlarından qovdu ki,  bu da  etnik təmizləmə idi. Amma Avropa onda susmağı üstün tutdu. Ermənilər himayədarlarının köməyi ilə qondarma  “Artsax Respublikası” yaradtdılar. Bu, tamamilə Moskvanın dəstəyinə arxalanan korrupsiyalaşmış, Rusiyaya dost klanın idarə etdiyi Ermənistanın əlavəsi idi.
Bu arada Azərbaycan neft və qaz ixracı ilə zənginləşib və Türkiyəni müttəfiq kimi təmin edib. Həmçinin İsraildən müasir silahlar ala bildi. Ermənistan Rusiyanın dəstəyinə arxalanırdı. 2018-ci ildə müxalifət lideri Nikol Paşinyan və onu dəstəkləyən demokratik hərəkat rəngli inqilab nəticəsində hakimiyyətə gələndə Moskvanın Ermənistanın müdafiəsinə qarışmaq istəyi xeyli azalıb. 2020-ci ilin payızında Azərbaycan öz torpaqlarını işğaldan azad etdi.

O zaman Rusiyanın etməyə hazır olduğu yeganə şey Ermənistanın demək olar ki, Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxmasına səbəb olacaq atəşkəsə vasitəçilik etmək idi.Azərbaycan öz suveren ərazisini bərpa edib
Əgər Paşinyan hakimiyyətdə qalsa (bu, qətiyyən dəqiq deyil), o, Türkiyəyə yaxınlaşaraq yenidən manevr imkanları əldə etməyə çalışacaq. O, Ərdoğan yenidən seçildikdən sonra onu ziyarət etməklə artıq bunu edib və orada müəyyən etimad yarada bilib. O, həmçinin ABŞ-a qarşı ehtiyatlı bir açılış etdi, lakin bu, hələ çox şey əldə etməyib.

Bu gün bu bölgədə Rusiya deyil, Türkiyə hər şeydən önəmli gücdür. Əgər Paşinyan realist və gələcəyə baxacaqsa, o zaman Türkiyə ilə barışacaq və onun istəklərinə təslim olacaq. Türkiyə Azərbaycanla təhlükəsiz quru əlaqəsini saxlamaqda xüsusilə maraqlıdır.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki