image-reklam-veteninfo
image-1backend

Türkiyə–Ermənistan sərhədində Əlican keçid məntəqəsində işlərin böyük hissəsi tamamlanıb

image-reklam-veteninfo

Türkiyənin Ermənistanla sərhədində yerləşən Əlican sərhəd-keçid məntəqəsində aparılan işlərin təxminən 90 faizi başa çatdırılıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyənin dövlət xəbər agentliyi Anadolu məlumat yayıb. Bildirilir ki, keçid məntəqəsində gömrük və digər rəsmi prosedurlar üçün nəzərdə tutulan binaların tikintisi əsasən yekunlaşıb. Eyni zamanda ərazidə yol nişanları və məlumat lövhələrinin quraşdırılması işləri davam etdirilir.

Qeyd olunur ki, yerləşdirilən lövhələrin məqsədi Ermənistandan Türkiyəyə gələn ziyarətçiləri İğdır və ətraf bölgələrin turizm və mədəni imkanları ilə tanış olmağa təşviq etməkdir.

Agentliyin məlumatına görə, İğdır valisi Ercan Turan Qaraqoyunlu rayonunun icra başçısı Fatih Ərdoğanın müşayiəti ilə Əlican sərhəd-keçid məntəqəsində aparılan işlərlə yerində tanış olub.

Xatırladaq ki, Türkiyə və Ermənistan yaxın vaxtlarda iki ölkə arasında viza prosedurlarının sadələşdirilməsi ilə bağlı razılığa gəldiklərini açıqlamışdılar.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki