image-1backend

“Türkiyə  əsas rola sahibdir”- Bekayi

image-reklam_sirab_01

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Türkiyənin Astana prosesində əsas rola sahib olduğunu, Suriyadakı gərginliyin azaldılmasında faydalı və konstruktiv rol oynadığını bildirib.

Bekayi həftəlik mətbuat konfransında gündəmə bağlı sualları cavablandırıb.

Bekayi Suriyadakı gərginliyin azaldılmasında Astana prosesinin əhəmiyyətinə diqqət çəkərək deyib:

“Türkiyə Astana prosesində əsas rola malikdir. Suriyada gərginliyin azaldılmasında faydalı və konstruktiv rol oynadı. Bu proses davam etməli və Suriyadakı vəziyyəti yaxşılaşdırmaq üçün bundan faydalanmalıyıq”.

Astana prosesinin Suriyadakı böhranı idarə etmək üçün ən daimi və uğurlu mexanizm olduğunu vurğulayan Bekayi belə davam edib:

“Astana prosesi çərçivəsində Türkiyə, İran və Suriya bölgədəki gərginliyin azaldılması üçün intensiv səylər göstərdilər. 3 qarant ölkə gərginliyi nəzarət altına almaq üçün hərəkətə keçməyə çalışdı. Astana prosesi hələ də canlıdır və beynəlxalq ictimaiyyət də bu prosesin təsirindən xəbərdardır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image