image-reklam-veteninfo
image-1backend

Türkiyə gəmisi Kerç boğazında quruya ilişib

image-reklam-veteninfo

Qara dənizdə üzən HAPPY ARAS adlı Türkiyəyə məxsus gəmi, Kerç boğazının cənubunda quruya oturub. Hadisə nəticəsində 3 türk də daxil olmaqla, 11 nəfərlik heyət gəmini tərk edib. Heyət üzvlərinin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.

Vətəninfo.az xəbər verir ki, Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi sosial media hesabında baş verən hadisə ilə bağlı məlumat paylaşıb. Bəyanatda qeyd edilib ki, gəmi quruya oturub və suya düşməyə başlayıb. Ancaq gəminin heyət üzvləri Əsas Axtarış və Xilasetmə Koordinasiya Mərkəzinin koordinasiyası altında təhlükəsiz şəkildə gəmidən çıxarılıb.

Həyatını itirən və ya yaralanan şəxsin olmadığı bildirilib və heyət üzvlərinin vəziyyətinin yaxşı olduğu vurğulanıb. Hadisənin inkişafı izlənilir və lazımi tədbirlər görülür.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki