image-defaultbackend

Türkiyə hava məkanını qorumaq üçün Rusiyanın S-400 sistemlərindən istifadə edə bilər – Hürriyet qəzeti

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyənin “Hürriyet” qəzeti yazır ki, prezident Ərdoğanın sədrliyi ilə Beştepedə keçirilən müdafiə sənayesi sammitində bütün hava təhdidlərinə qarşı “Polad günbəz” hava hücumundan müdafiə layihəsi ilə bağlı qərar qəbul edilib.

Onun sözlərinə görə, layihədə radar və elektro-optik sistemlər də fəaliyyət göstərəcək, hədəfin identifikasiyası və təsnifatı aparılacaq.

Türkiyənin müdafiə və təhlükəsizlik siyasəti üzrə analitiki Turan Oğuzun sözlərinə görə, Rusiyanın S-400 zenit-raket kompleksləri həmin müdafiə sisteminə daxil ola bilər.

“Mən onu bütün zenit sistemləri, radarlar və rabitə sistemlərini özündə birləşdirən canlı orqanizm adlandırıram. Gələcəkdə biz raket əleyhinə müdafiə üçün kosmik peyklər yerləşdirəcəyik. Həmçinin, bu, hələlik Türkiyə üçündür, lakin gələcəkdə biz onu xaricdəki bazalarımızda quraşdıra bilərik. Bu sistemi geniş miqyasda yaradan Türkiyə kimi böyük ölkələr var. S-400-ləri də o sistemə daxil etmək olar”, – türkiyəli ekspert qəzetə bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image