Türkiyə 2024-cü ildə hərbi ehtiyaclar üçün 40 milyard dollardan çox vəsait ayıracaq. Vətəninfo.az xəbər verir ki, bu barədə Reuters xəbər verir.
2023-cü ildə ölkənin müdafiə büdcəsi 16 milyard dollar olduğu üçün bu rəqəm 150 faiz artacaq.
Türkiyə hökuməti həmçinin müdafiə sənayesi məhsullarının ixracını demək olar ki, iki dəfə artırmaq niyyətindədir.
2024-cü ildə ixrac indiki 6 milyard deyil, 11 milyard dollara çatmalıdır.


























