image-1backend

Türkiyə hökuməti “Instagram”ın bərpası üçün şərtini açıqladı

image-reklam_sirab_01

Türkiyədə “Instagram” sosial şəbəkə platformasının bərpa olunması ilə bağlı şərt açıqlanıb.

Vətəninfo.az “CNN Türk”-ə istinadən xəbər verir ki, bu bərədə müvafiq mənbələr bildirib.

Qeyd olunub ki, bunun üçün əsas şərt “Instagram”ın Türkiyə hökumətinin tələblərini yerinə yetirməsidir: “Əgər “Instagram” paylaşımlara məhdudiyyət qoymasa, bu sosial şəbəkənin ölkə daxilində fəaliyyəti bərpa olunacaq. Əks halda, məhdudiyyət davam edəcək”.

Xatırladaq ki, avqustun 2-də Türkiyədə “Instagram”a giriş bağlanıb.

Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı paylaşımlara “Instaqram”ın qadağa qoyması göstərilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki