İraqın şimalında daha bir mağara terrorçulardan təmizləndi.
Vətəninfo.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) İraqın şimalındakı Pənçə-Kilid Əməliyyatı bölgəsində sığınma və gizlənmə məqsədilə istifadə olunan mağaranın terrorçulardan təmizləndiyini bildirib.
Nazirlikdən verilən açıqlamada mağarada aparılan axtarış zamanı ələ keçirilən çox sayda silah-sursatın istifadəyə yararsız hala gətirildiyi qeyd olunub.