image-1backend

Türkiyə İsraili məhkəməyə verib

image-reklam_sirab_01

Türkiyə Haaqa Beynəlxalq Cinayət Məhkəməsində İsrailə qarşı qaldırdığı məhkəmə işində Cənubi Afrikaya rəsmən qoşulacaq və tezliklə vəsatət qaldıracaq.

Vətəninfo.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib.

Bundan başqa, Türkiyə İslam Əməkdaşlıq Təşkilatından bir sıra digər ölkələrin müraciətinə qoşulmaq məsələsini də müzakirə edib.

Türkiyə bu addımı ilə Cənubi Afrikanın mövqeyini gücləndirmək niyyətindədir. Nikaraqua və Kolumbiya əvvəllər ayrı-ayrılıqda iddiaya qoşulmağa çalışsalar da, məhkəmə hələ də onların tələbləri ilə bağlı qərar verməyib.

29 dekabr 2023-cü ildə Cənubi Afrika Haaqa Beynəlxalq Məhkəməsində Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması üzrə Konvensiyanın mümkün pozuntularına görə İsrailə qarşı iddia qaldırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki