Türkiyə nümayəndə heyəti Rusiya və Ukrayna arasında bu həftə İstanbulda keçirilməsi planlaşdırılan danışıqlarda iştirak edəcək.
Vətəninfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə proseslə tanış olan yüksək rütbəli türkiyəli məmur bildirib.
Mənbənin məlumatına görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan iyulun 22-də Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların bu həftə İstanbulda keçiriləcəyini və Türkiyə dialoqun davam edəcəyini gözləyir.
Rusiya və Ukrayna artıq iki dəfə İstanbulda danışıqlar aparıb və nəticədə əsir mübadiləsi aparılıb. Bundan əlavə, Moskva ölən ukraynalı əsgərlərin cəsədlərini Kiyevə təhvil verib.