Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın Süleymaniye bölgəsində yeni əməliyyat keçirib.
Bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində PKK/KCK terror qruplaşmasının “rəhbər”lərindən olan “Pelin Betmən” ləğəbli Gülistan Tekik öldürülüb.
Məlumata görə, adıçəkilən terrorçu PKK-nın təbliğat və dezinformasiya işləri ilə məşğul olurmuş. Həmçinin, o, PKK-nın ideologiyasını yayırmış.