Türkiyənin Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını Livana zəruri olmayan səfərlərdən çəkinmələri, həmçinin Livanda olan türklərin ölkəni tərk etmələri ilə bağlı xəbərdarlıq edib.
Vətəninfo.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bölgədəki son hadisələr nəzərə alınaraq Livanda təhlükəsizlik vəziyyətinin sürətlə pisləşməsi ehtimalının olduğu vurğulanıb.
Bəyanatda həmçinin nazirliyin və Türkiyənin Beyrutdakı səfirliyinin rəsmi internet saytları, eləcə də sosial media hesabları vasitəsilə ölkədə baş verən hadisələri izləməyin faydalı olacağı vurğulanıb.