Türkiyə Fergani Layihəsi ilə Milli GPS Sisteminə Yaxınlaşır.
“Baykar”ın baş texniki direktoru Səlçuk Bayraktar tərəfindən qurulan “Fergani Space Technologies” şirkəti, SpaceX-in Falcon 9 raketi ilə ikinci tam yerli peyki olan FGN-100-D2-ni kosmosa buraxıb..
104 kq çəkidəki peyk 510 km yüksəklikdə aşağı Yer orbitinə çıxıb və bu, Türkiyədə GPS ilə müqayisə edilə bilən milli naviqasiya şəbəkəsi olan “Uluğ Bəy Qlobal Naviqasiya Sistemi”nin yaradılması istiqamətində daha bir addım oldu.
“Fergani” hazırda 135 mühəndis işlədir və beş il ərzində 100-dən çox peyki orbitə çıxarmağı planlaşdırır, eyni zamanda orbital nəqliyyat vasitəsi və öz buraxılış sistemini inkişaf etdirir.


























