image-2backend

Türkiyə nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

image-reklam_sirab_01

COP29 tədbirində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyənin əmək və sosial müdafiə nazirinin müavini Lütfihak Alpkanın başçılıq etdiyi nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub.

Vətəninfo.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nümayəndə heyətinə ölkəmizdə həssas qrupların cəmiyyətə inteqrasiyasını gücləndirmək məqsədilə görülən işlər barədə məlumat verib.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan bu Mərkəzin də əlilliyi olan şəxslər və digər həssas qrupların yaradıcı potensialının inkişafına və cəmiyyətə inteqrasiyasına xidmət etdiyi vurğulanıb.

Direktor müavini Mətanət Məmmədova qonaqları Mərkəzdə təşkil olunan təlim prosesləri, göstərilən xidmətlərlə tanış edib. Nümayəndə heyəti təlim studiyalarında yaradıcılıq prosesini izləyib, Mərkəz və “DOST Evi” filialında hazırlanan əl işlərinə baxıb.

Təlimçilər və benefisiarların ərsəyə gətirdikləri əl işləri, ətraf mühitin mühafizəsinə həsr olunmuş ekspozisiya, inklüziv kamera orkestrinin ifası maraqla qarşılanıb. L.Alpkan Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image