Bütün dünyanın Suriyada sabitliyə ehtiyacı var. Vətəninfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniyada Suriya ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O, həmçinin bildirib ki, Suriyanın suverenliyi və ərazi bütövlüyü qorunmalıdır.
“Biz terrorçuların keçid dövründən istifadə etməsinə imkan verməməliyik. Qarşıdan gələn keçid dövrü çətin olacaq. Bununla belə, Türkiyə olaraq Suriyaya kömək edəcəyik”, – deyən nazir Fidan Suriya xalqının təhlükəsizlik içində yaşamağa və azad olmağa layiq olduğunu vurğulayıb.
O, həmçinin əlavə edib ki, Türkiyə terrorçulara qarşı mübarizəni davam etdirəcək.