Suriyanın şimalında separatçı terror təşkilatı PKK/YPG-nin 6 üzvü zərərsizləşdirilib.
Vətəninfo.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bu ifadələrə yer verilib. “Terrorçular haradadırsa, hədəfimiz də oradır. Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında və ”Sülh çeşməsi” əməliyyatı bölgəsində 6 PKK/YPG terrorçusunu zərərsizləşdirib”.