Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalında 2 terrorçu zərərsizləşdirilib.
Vətəninfo.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyindən verilən bəyanatda İraqın şimalında həyata keçirilən ”Pəncə-Kilid” əməliyyatı bölgəsində 2 terrorçunun zərərsizləşdirildiyi bildirilib.
Bəyanatda bu ifadələrə yer verilib: ”İraqın şimalında həyata keçirilən antiterror əməliyyatları qətiyyətlə davam etdirilir”.


























