Suriyanın və İraqın şimalında separatçı terror təşkilatı PKK/YPG-yə üzv 21 terrorçu zərərsizləşdirilib.
Vətəninfo.az xəbər verir ki , Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabından verilən açıqlamada terror təşkilatı PKK/YPG-nin hücum cəhdlərinə qarşı qabaqlayıcı və məhvedici tədbirlərin görülməsinin davam etdirildiyi bildirilib.
Açıqlamada bu ifadələr yer alıb: “Qəhrəman Türk Silahlı Qüvvələrimiz Suriyanın şimalındakı “Fərat Qalxanı” və “Barış Pınarı” bölgələrində hücuma hazırlaşan 20 PKK/YPG-li terrorçunu və İraqın şimalındakı “Pəncə-Kilit” bölgəsində aşkar edilən 1 PKK-lı terrorçunu zərərsizləşdirib. Əməliyyatlarımız effektiv və qətiyyətli şəkildə davam edəcək.”