image-1backend

Türkiyə ordusu son bir həftədə 108 terrorçu zərərsizləşdirib

image-reklam_sirab_01

Son bir həftə ərzində həyata keçirilən terrorla mübarizə əməliyyatları nəticəsində separatçı terror təşkilatı PKK-nın 108 üzvü zərərsizləşdirilib.
Vətəninfo.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyində keçirilən məlumatlandırma toplantısında ölkə daxilində və sərhəddən kənarda keçirilən əməliyyatlarla bağlı məlumat verilib.
Bu çərçivədə İraq və Suriyanın şimalı da daxil olmaqla son bir həftə ərzində həyata keçirilən əməliyyatlar nəticəsində 108 terrorçu zərərsizləşdirilib.
Bununla da yanvarın 1-dən indiyədək zərərsizləşdirilən terrorçuların sayı 953-ə çatıb.
Bundan əlavə, ötən həftə İraqın şimalındakı sığınacaqlarından qaçan daha 2 PKK terrorçusu Habur sərhəd-keçid məntəqəsindəki təklükəsizlik qüvvələrinə təslim olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki