image-2222backend

“Türkiyə öz hava məkanını Ermənistandan üçüncü ölkələrə bağlayıb, o vaxta qədər ki…” – Çavuşoğlu

image-reklam_sirab_01

“Türkiyə öz hava məkanını Ermənistan aviakompaniyalarının üçüncü ölkələrə uçan təyyarələri üçün bağlayıb”- Vətəninfo.az xəbər verir ki,  bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalının efirində deyib.

“Biz hava məkanını Ermənistanın üçüncü ölkələrə uçan təyyarələri üçün bağlamışıq. Biz təyyarələri ölkəmizə zəruri hallarda buraxacağıq, lakin Ermənistanın Türkiyəyə və Azərbaycana qarşı təxribatları davam etdikcə laynerlərin və şəxsi təyyarələrin uçuşuna icazə verməyəcəyik”, – deyə nazir bildirib.

M.Çavuşoğlunun sözlərinə görə, Ermənistan təxribatları dayandırmasa, rəsmi Ankara digər tədbirlərə də əl atacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki