image-reklam-veteninfo
image-image_750x_64b78968d1b33backend

Türkiyə Rusiyanı razı salmağa çalışacaq – Bloomberg

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, taxıl müqaviləsi başa çatdıqdan sonra Ukrayna limanlarını tərk edən gəmilərin hərbi müşayiəti məsələsində Ukrayna hakimiyyətinin Türkiyənin dəstəyinə ehtiyacı var.

Lakin Ankaranın belə addımlar atacağı ehtimalı azdır, Bloomberg Türkiyə rəsmisinə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, Türkiyə hakimiyyəti bu cür hərəkətləri son dərəcə riskli hesab edir və öz hərbi gəmilərini təhlükə qarşısında qoymayacaq.

Əvəzində Ankara səylərini Rusiya ilə taxıl müqaviləsinin uzadılmasına yönəldəcək.

Bloomberg qeyd edir ki, Ukraynanın kənd təsərrüfatı məhsullarının tədarükü quru və ya çay nəqliyyatı ilə mümkündür, lakin onların dəyəri Qara dəniz boyu daşınmadan xeyli yüksəkdir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki