Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan birgə müdafiə sazişi imzalamaq niyyətindədirlər.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Reuters” xəbər verir.
Məlumata görə, sənədin cümə günü Ər-Riyadda imzalanması planlaşdırılır.
Sazişin təfərrüatları hələ açıqlanmır.
Daha əvvəl Türkiyə Prezident Administrasiyası dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın avqustun 7-də Səudiyyə Ərəbistanına işgüzar səfər edəcəyini və orada Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman əl-Səud, eləcə də Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşəcəyini təsdiqləyib.


























