image-1backend

Türkiyə Silahlı Qüvvələri terror təşkilatı PKK-ya ağır zərbələr endirdi

image-reklam_sirab_01

İraqın şimalındakı ”Pəncə-Kilid” əməliyyatı bölgəsi və Suriyanın şimalındakı ”Fərat qalxanı” bölgəsində aşkar edilən dörd PKK terrorçusu zərərsizləşdirilib.

Vətəninfo.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində edilən paylaşımda bu ifadələrə yer verilib:

“Terrora və terrorçulara qarşı mübarizəmiz qətiyyətlə davam edir. İraqın şimalında uğurla davam etdirilən “Pəncə-Kilid” əməliyyatı bölgəsində 2 PKK terrorçusu ilə Suriyanın şimaldakı ”Fərat qalxanı” bölgəsində aşkar edilən 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Qətiyyətlə həyata keçirdiyimiz əməliyyatlarımız son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki