Türkiyə silahlı qüvvələri terrorla mübarizə çərçivəsində Suriyada hərbi bazalar qurmağa ümid edir.
Vətəninfo.az-ın məlumatına görə, bu barədə “Türkiye” qəzeti Türkiyə təhlükəsizlik xidmətindəki mənbəsinə istinadən məlumat yayıb .
Mənbə qeyd edib ki, Ankara Suriya hakimiyyətinə ordu və təhlükəsizlik qüvvələrinin təşkilində köməklik göstərəcək.
Buna uyğun olaraq Türkiyə Silahlı Qüvvələri Suriyada İslam Dövləti ilə mübarizə aparmaq üçün quru, hava və dəniz bazası quracaq.
Qəzetin yazdığına görə, İŞİD-ə qarşı mübarizə çərçivəsində Türkiyə də daxil olmaqla 5 ölkə Suriyada qruplaşma ilə mübarizə mexanizmini müzakirə etmək üçün mütəmadi görüşlər keçirir. Danışıqlarda başqa hansı ölkələrin iştirak etdiyi açıqlanmır.