image-1backend

Türkiyə Ukraynada müharibəyə son qoymaq üçün sülh platforması təklif edib

image-reklam_sirab_01

Türkiyə Ukraynadakı münaqişənin həlli üçün sülh platforması yaratmağı təklif edib. Vətəninfo.az-ın məlumatına görə , bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

Onun sözlərinə görə, Ukraynada 3 ildir davam edən münaqişə müharibəyə çevrilib. Fidan qeyd edib ki, strateji mənzərə hər iki tərəfdə geniş miqyaslı silahlanmaya dəlalət edir.

“Biz sülh təşəbbüslərinin yayılmasını, ölkələrin geniş iştirakı ilə sülh platformasının yaradılmasını və diplomatiyanın tərəfdarıyıq. Münaqişənin təsirinə məruz qalan ölkə olaraq biz vahid mövqedən çıxış etməliyik”, – Türkiyənin xarici işlər naziri izah edib.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya ilə Ukrayna arasında atəşkəsin şərtlərini açıqlayıb. O demişdi ki, sülh üçün möhkəm təməllər qoyularsa, münaqişə sona çata bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki