Vətəninfo.az xəbər verir ki, Ankara Kiyevdən Rusiyanın iştirakı olmadan “taxıl sövdələşməsi”ni bərpa etmək təklifi ilə müraciət alıb.
Qeyd olunur ki, Türkiyə BMT ilə taxıl müqaviləsinin bərpasının mümkünlüyü ilə bağlı koordinasiya aparır, hələlik heç bir qərar verilməyib.
Ötən gün Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və BMT-nin baş katibi Antonio Quterreşə Qara dəniz taxıl təşəbbüsü və ya onun ekvivalentinin işini üçtərəfli formatda davam etdirməyi təklif etdiyi rəsmi məktublar göndərdiyi bildirilib.


























