image-reklam-veteninfo
image-1backend

Türkiyə Varlıq Fondu ilə Küveyt arasında 600 milyon dollarlıq anlaşma imzalandı

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Türkiyə Varlıq Fondu (TVF) 600 milyon dollarlıq uzunmüddətli  maliyyə razılaşmasına imza atıb. Bu razılaşma ilə TVF, İslam maliyyə bazarlarından əldə etdiyi ümumi maliyyə məbləğini 1,8 milyard dollardan çox artırmış oldu.

TVF-dən verilən açıqlamaya görə, Türkiyə Varlıq Fondu, maliyyə bazarlarının dərinləşdirilməsi və çeşidinin artırılması istiqamətindəki addımlarına davam edir. Fondun bu strategiyası, Türkiyə prezidenti və TVF İdarə Heyəti rəhbəri  Rəcəb Tayyib Ərdoğanın göstərişinə   uyğun şəkildə inkişaf etdirilir.

2024-cü ilin sonuna qədər həcminin 5 trilyon dollar olacağı təxmin edilən qlobal İslam maliyyə bazarlarında, TVF-nin rolu hər keçən gün daha da böyüyür. Katılım Sigorta, Katılım Finans və İstanbul Maliyyə Mərkəzi kimi layihələrə yatırımların yanında, sukuk və murabaha kimi İslam maliyyə alətlərini fəal şəkildə istifadə edərək, maliyyə bazarlarının inkişafına dəstək vermək hədəflənir.

Bu məqsədlə, TVF, Küveytin ilk İslam bankası olan Kuwait Finance House (KFH) qrupunun bankaları ilə 600 milyon dollarlıq, 5 il müddətli murabaha maliyyə razılaşması imzalayıb.

Türkiyədəki digər qurumlara nümunə olacaq bu razılaşma, həm vadesi, həm də məbləği baxımından teminat və ya zəmanət tələb etmədən həyata keçirilib. TVF-nin güclü maliyyə strukturu, beynəlxalq bazarlardakı nüfuzu və investorlarla qurduğu etibar əlaqələri sayəsində, bu maliyyə razılaşması, uyğun maliyyə şərtləri ilə təmin edilib.

Bu addım, həmçinin Türkiyə ilə Küveyt arasındakı maliyyə əməkdaşlığını möhkəmləndirir, eyni zamanda TVF-nin qlobal bazarlarda maliyyə mənbələrinin şaxələndirilməsi və strateji investisiyalarla Türkiyənin iqtisadi böyüməsi və kapital bazarlarının dərinləşməsinə töhfə vermə məqsədini dəstəkləyir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki