Vətəninfo.az xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio və Türkiyənin xarici işlər naziri Hakan Fidan telefon danışığı zamanı regional hadisələrlə yanaşı, ikitərəfli münasibətlərlə bağlı məsələləri də müzakirə ediblər.
ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce tərəflərin terrorizmlə mübarizədə əməkdaşlığı gücləndirmək və Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) dayanıqlığını artırmaq barədə razılığa gəldiyini açıqlayıb.
Onu da qeyd edək ki, ötən həftə ABŞ-ın Türkiyədəki səfirliyinə namizədliyi irəli sürülən Tomas Barak Türkiyənin Rusiyaya qarşı mübarizədə Avropaya qalxan rolunu oynadığını və Çinin bölgədəki təsirinin tarazlaşdırılmasında mühüm təsirə malik olduğunu bəyan etmişdi.