Türkiyə vətəndaşlarının əlində olan strateji obyektlər yoxdur, amma Ermənistan iqtisadiyyatı həmişə Türkiyənin üzünə açıq olub.
Veteninfo.az xəbər verir ki, Ermənistanın İqtisadiyyat naziri Vahan Kerobyan Türkiyə vətəndaşlarının Ermənistanda son zamanlar aktiv mülklər alışları ilə bağlı xəbərləri şərh edərkən jurnalistlərə bildirib ki, Türkiyə vətəndaşları həmişə Ermənistanda mülk alıblar:
“Məsələn, şirkətlər, daşınmaz əmlak həmişə olub”.
Kerobyanın sözlərinə görə, 2021-ci il istisna olmaqla, Ermənistan iqtisadiyyatı həmişə Türkiyəyə açıq olub. Yəni 2010, 2015, 2020-ci illərdə heç bir maneə olmayıb.
“Petaka (yarmarkaya – red.) gedirsənsə, onda oradakı insanların 10 il əvvəl Türkiyə ilə kifayət qədər sıx işgüzar əlaqələri olub”
Türkiyə vətəndaşlarının alışları ilə bağlı daha konkret məlumat üçün nazir jurnalistləri Kadastr Komitəsi ilə əlaqə saxlamağa dəvət edib. Eyni zamanda o, əmin edib ki, bu siyahıda heç bir mühüm strateji obyekt yoxdur.
Xatırladaq ki, Ermənistan və Türkiyə münasibətlərin normallaşdırılması məsələlərini müzakirə etmək üçün xüsusi nümayəndələr təyin ediblər (Ruben Rubinyanla Serdar Kılıç arasında ilk görüş yanvarın 14-də Moskvada baş tutub).


























