Vətəninfo.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) bildirib ki, 2023-cü il yanvarın 1-dən indiyədək terrorla mübarizə çərçivəsində 19-u irimiqyaslı olmaqla 320 əməliyyat keçirilib, 794 terrorçu zərərsizləşdirilib.
Nazirlikdə keçirilən mətbuat konfransında Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müşaviri, polkovnik Zeki Aktürk Türkiyə Silahlı Qüvvələrinin PKK/KCK/PYD-YPG, DEAŞ və FETÖ başda olmaqla, bütün terror təşkilatlarına qarşı mübarizəsinin qətiyyətlə davam etdirdiyini vurğulayaraq bildirib: “2023-cü il yanvarın 1-dən etibarən İraq və Suriyanın şimalında 19 iri və 301 orta miqyaslı 320 əməliyyat keçirilib, 21-i son bir həftədə olmaqla 794 terrorçu zərərsizləşdirilib. 24 iyul 2015-ci ildən bu günə qədər isə İraq və Suriyanın şimalı da daxil olmaqla 38137 terrorçu zərərsizləşdirilib.”


























