Türkiyənin Mərkəzi Seçki Komissiyası ölkədə keçirilən prezident seçkiləri üçün 1 milyondan çox bülleteni etibarsız sayıb. Vətəninfo.az xəbər verir ki, mayın 14-də Türkiyədə ümumi prezident və parlament seçkiləri keçirilib.
Səslərin 100 faizi hesablandıqdan sonra Ərdoğan və onun əsas rəqibi, müxalifətin namizədi Kılıçdaroğlu birinci turda qalib gəlmək üçün 50 faizlik baryeri keçə bilməyib.
Beləliklə, mayın 28-də seçkilərin ikinci turu keçiriləcək.


























