İyunun 3-də Türkiyə vaxtı ilə saat 02:17-də Aralıq dənizində 5,8 bal gücündə zəlzələ baş verib.
Vətəninfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Episentri Aralıq dənizində olmaqla 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Muğlanın Marmaris rayonundan 10,43 kilometr aralıda olan zəlzələnin 67,91 kilometr dərinlikdə meydana gəldiyi müəyyən edilib.
Zəlzələ bir çox əyalətlərdə hiss olunub.
Muğla valisi Akbıyık zəlzələdə 69 nəfərin xəsarət aldığı, 14 yaşlı uşağın panikadan həyatını itirdiyini açıqlayıb.