image-1backend

Türkiyədə ABŞ hərbi bazsına görə nümayişlər başladı

image-reklam_sirab_01

Türkiyənin İzmir şəhərində Amerika hava bazasının çıxarılması tələbləri və “Yanki go home” şüarları ilə anti-Amerika nümayişləri keçirilib.

Xatırladaq ki, Türkiyənin qərbindəki İzmir liman şəhərində Amerika əleyhdarı gənclər qrupunun üzvləri tərəfindən ABŞ ordusunun iki əməkdaşı “fiziki hücuma məruz qalıb”.

“The Guardian” yazır ki, hadisə zamanı mülki geyimdə olan iki hərbçiyə hücumda şübhəli bilinən 15 nəfər saxlanılıb. Rəsmilərin dediyinə görə, daha beş ABŞ hərbçisi insidentə qoşulub və şiddətli qarşıdurmanın şahidi olub.

Saxlanılanlar Türkiyə Gənclik Birliyinin (TGB) millətçi müxalifət “Vətən” partiyasının gənclər təşkilatının üzvləridir. Rəsmilər hadisəyə polisin müdaxilə etdiyini və səlahiyyətlilərin araşdırma apardığını bildirib.

ABŞ-ın Türkiyədəki səfirliyinin bəyanatında deyilir: “Biz “USS Wasp” gəmisindəki ABŞ personalının bu gün İzmirdə hücumun qurbanı olması və hazırda təhlükəsiz olduqları barədə xəbərləri təsdiqləyə bilərik”. “Biz Türkiyə rəsmilərinə operativ reaksiya və davam edən araşdırmaya görə təşəkkür edirik”.

Türkiyə Gənclik Birliyinin açıq sosial media hesabında X Platformasında bir qrup adamın Amerika əsgərini tutaraq başına ağ çanta qoyduğu iddia edilən video yayımlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki