image-reklam-veteninfo
image-1backend

Türkiyədə bələdiyyənin 27 əməkdaşı həbs edildi

image-reklam-veteninfo

Antalya Böyükşəhər Bələdiyyəsinin törəmə şirkəti ANSET ilə bağlı aparılan istintaq çərçivəsində daha 25 şübhəli barəsində həbs qərarı çıxarılıb.

Vətəninfo.az xəbər verir ki, Antalya Baş Prokurorluğu tərəfindən verilən məlumata görə, şübhəlilərin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

30 aprel tarixində Vilayət Polis İdarəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən Antalya, İstanbul, Ankara, İzmir, Muğla, Dənizli və Ədirnə şəhərlərində eyni vaxtda keçirilən əməliyyat zamanı 27 nəfər saxlanılıb. Sonrakı mərhələdə daha iki şübhəli nəzarətə götürülüb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki