Türkiyəli müğənni Nil Özalp İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində həbs edilib.
İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində saxlanılan 20 şübhəlinin hamısı məhkəmənin qərarı ilə həbs olunub. Onların arasında Nil Özalp də yer alıb. Bununla da istintaq üzrə həbs edilənlərin sayı 85-ə çatıb.
Məlumata görə, sentyabrın 30-da keçirilən əməliyyat zamanı N.Özalp İstanbulun Kağıthanə rayonundakı evində saxlanılıb. Onun evində axtarış aparılıb. İstintaq zamanı müğənninin Pusula Portföy İdarə Heyətinin sədri Muhammed Yarızla bağlı sənədlərə sahib olduğu barədə məlumat əldə edildiyi bildirilib.
İstintaq kapital bazarlarında aparılan əməliyyatlarla yanaşı, terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulması iddiaları üzrə davam etdirilir. Səlahiyyətli qurumların məlumatına görə, iş üzrə ümumilikdə 217 şübhəli müəyyən olunub.
Qeyd edək ki, fond araşdırması çərçivəsində müğənni Mustafa Sandalın həyat yoldaşı Melis Sütşurup da günahlandırılır./axsam.az/


























